Bu il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə  Baş İdarəsinin “Qaynar xətti”nə 2864 müraciət daxil olub

Bu il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə  Baş İdarəsinin “Qaynar xətti”nə 2864 müraciət daxil olub
# 31 iyul 2014 15:47 (UTC +04:00)

APA-nın məlumatına görə, Baş prokuror Zakir Qaralov bu gün Baş Prokurorluqda 2014-cü ilin birinci yarında görülmüş işlərin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirib ki, hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 2864 müraciət daxil olub.

Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində daxil olmuş müraciətlərin əksəriyyətinin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR