Sabirabadda iki avtomobil toqquşub, ölən var - VİDEO

 Sabirabadda iki avtomobil toqquşub, ölən var - <span style="color: red;">VİDEO
# 22 sentyabr 2014 08:09 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sabirabad rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sabirabad rayonu, Qaratəpə kəndi ərazisində yol-nəqliyyat qəzası qeydə alınıb. FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "QAZel" markalı yük avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub və minik avtomobilinin sürücüsü, 1993-cü il təvəllüdlü Faiq Ədalət oğlu Qarayev qəza nəticəsində hadisə yerində dünyasını dəyişib. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü F.Qarayevin cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR