ABŞ Rusiyanı güzəştli gömrük rüsumlarının tətbiq olunduğu ölkələr siyahısından çıxarıb

ABŞ Rusiyanı güzəştli gömrük rüsumlarının tətbiq olunduğu ölkələr siyahısından çıxarıb
# 04 oktyabr 2014 08:18 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. ABŞ Rusiyanı güzəştli gömrük rüsumları tətbiq etdiyi inkişaf etməkdə olan ölkələr siyahısından çıxarıb. APA-nın Ağ Evin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə prezident Barak Obama öz bəyanatında bildirib.

“Rusiya iqtisadi inkişafında yetərincə irəli gedib və ticarətdə rəqabət qabiliyyətini artırıb. Beləliklə, Rusiyanı inkişaf etməkdə olan-benefisiar ölkə kimi dəyərləndirməyə son vermək məqsədəuyğundur”, – deyə ABŞ prezidenti öz bəyanatında qeyd edib.

Rusiyanı ABŞ-da ticari imtiyazlardan məhrum edən sənəd cümə günü qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR