FHN-ə Bakıda 2 ədəd partlayıcı qurğunun aşkarlandığı barədə məlumat daxil olub

FHN-ə Bakıda 2 ədəd partlayıcı qurğunun aşkarlandığı barədə məlumat daxil olub
# 19 oktyabr 2014 01:30 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinə Bakının Binəqədi rayonunda 2 ədəd partlayıcı qurğunun aşkarlandığı barədə məlumat daxil olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Mütəxəssislər aşkarlanmış qurğulara baxış keçiriblər. Müəyyən olunmuşdur ki, bu qazma işlərində istifadə olunan istifadəyə yararsız 2 ədəd atım fraqmentidir. Qurğular aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçiriblər və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 01:25-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR