Ukrayna Millətlər Assambleyası postsovet məkanındakı münaqişələrlə bağlı ATƏT-ə müraciət edib - FOTO

Ukrayna Millətlər Assambleyası postsovet məkanındakı münaqişələrlə bağlı ATƏT-ə müraciət edib - <span style="color: red;">FOTO
# 01 oktyabr 2014 14:34 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev ATƏT-in İnsan haqları üzrə komitəsinin Varşavada keçirilən konfransında çıxış edib.

Ukrayna Millətlər Assambleyasından (UMA) APA – ya verilən məlumata görə, R. Tağıyev çıxışı zamanı regionda millətlərarası münasibətlər, xalqların hüquqlarının qorunması, o cümlədən münaqişə bölgələrində təcavüzə məruz qalan insanların hüquqlarının bərpasının vacibliyindən danışıb.

Ukraynada baş verən hadisələr zamanı insanların öldürüldüyünü, habelə Ermənistanın işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasının davam etdiyini bildirən R. Tağıyev millətlər adından müraciət edərək konkret addımların atılmasının vacibliyini vurğulayıb.

Konfrans çərçivəsində ATƏT-in milli azlıqlar üzrə ali komissarı Astrid Tors R. Tağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Assambleyada təmsil olunan azərbaycanlılar, ukraynalılar, yəhudilər, moldovanlar, gürcülər, ruslar, tatarlar, qaqauzlar, Orta Asiya xalqları və digər millətlər adından ATƏT-ə ünvanlanmış müraciət təqdim olunub. Müraciətdə Ukraynada baş verən proseslərdən, o cümlədən regionda Azərbaycanın, Moldova və Gürcüstanın məruz qaldığı münaqişələr nəticəsində insanların hüquqlarının pozulmasından narahatlıq ifadə olunub.

R. Tağıyev həmçinin NATO-nun keçmiş baş katibi Havyer Solana, Avropa Şurası rəsmiləri ilə görüşüb. Görüşlərdə Avropada yaşayan azərbaycanlıların Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından, azərbaycanlıların öz yurd-yuvalarından qovulmasından narahat olduqları vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR