Azərbaycan prezidenti 115 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub - FOTO

Azərbaycan prezidenti 115 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub - <span style="color: red;">FOTO
# 11 avqust 2014 14:44 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev avqustun 11-də Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezidentə məlumat verib.

Qeyd edilib ki, 115 nömrəli məktəbin binası 1965-ci ildə inşa olunub. Dövlət başçısının tapşırıqlarına əsasən 5 min kvadratmetr tikinti sahəsi olan məktəbdə yeni dərs ili ərəfəsində əsaslı yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib.

47 sinif otağından ibarət 1380 şagird yerlik məktəbdə dərslər əsasən iki növbədə keçiriləcək. Məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri yüksək səviyyədə təmir olunub və lazımi ləvazimatla təchiz edilib.

Prezident İlham Əliyev sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olub.

Məktəbin akt zalı, yeməkxanası, açıq və örtülü idman meydançaları da ən müasir standartlara uyğun şəkildə yenidən qurulub. Təhsil ocağının bir hektarlıq həyətyanı sahəsində abadlıq və quruculuq işləri həyata keçirilib, yaşıllıqlar salınıb. İstilik və işıqlandırma sistemləri də müasir standartlar səviyyəsindədir. Məktəb içməli və texniki su sistemləri ilə təchiz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR