Türkiyəli millət vəkili Azərbaycan paytaxtında Ermənistanla sərhədlərin açılmasının tərəfdarı olduğunu bəyan edib - FOTO

Türkiyəli millət vəkili Azərbaycan paytaxtında Ermənistanla sərhədlərin açılmasının tərəfdarı olduğunu bəyan edib - <font color=red>FOTO</font>
# 29 sentyabr 2009 10:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Biz Türkiyə-Ermənistan sərhədlərinin yaxşı əlaqələr qurulması baxımından açılmasının tərəfdarıyıq”. APA-nın xəbərinə görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) etnik kürdlərdən təşkil olunmuş Demokratik Toplum Partiyasından (DTP) olan millət vəkili Sırrı Sakık deyib. DTP-li millət vəkili deyib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması barədə sənədə TBMM-də müsbət münasibət bildirəcəklər.

Türkiyənin artıq bir jandarma deyil, inkişaf edən ölkə olduğunu qeyd edən
S. Sakık kürd probleminin həlli barədə də danışıb: “Türkiyə sülh üçün bir sıra beynəlxalq müqavilələrə imza atıb. Hazırda dağlarda beş min silahlı kürd var. Onları silahsızlaşdırmaq üçün bir layihənin həyata keçirilməsinə ehtiyac var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR