Azərbaycanın bir neçə qərb rayonlarında payızlıq dənli bitkilərin səpinində ləngimələr müşahidə olunur

Azərbaycanın bir neçə qərb rayonlarında payızlıq dənli bitkilərin səpinində ləngimələr müşahidə olunur
# 15 noyabr 2014 08:39 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın daha bir neçə rayonunda payızlıq dənli bitkilərin səpinində ləngimələr müşahidə olunur.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ləngimələr Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin əhatə etdiyi Samux, Göygöl, Goranboy, Yevlax və Daşkəsən rayonlarında qeydə alınıb.

Bununla əlaqədar Dövlət Toxum Müfəttişliyinin rəis əvəzi Möhtəsim Əhmədov və nazirliyin bir neçə əməkdaşı noyabrın 12-dən 16 -dək bu rayonlara ezam edilib.

Azərbaycanda payızlıq dənli bitkilərin səpininin bölgələr üçün müəyyən edilən aqrotexniki qaydalara uyğun olaraq optimal müddətlərdə başa çatdırılması üçün nazirlik tərəfindən yerli idarəetmə orqanları ilə birlikdə müvafiq tədbirlərin görülməsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR