Azərbaycanın Los Ancelesdəki baş konsulu San Dieqo universitetlərində mühazirə oxuyub - FOTO

Azərbaycanın Los Ancelesdəki baş konsulu San Dieqo universitetlərində mühazirə oxuyub - <span style="color: red;">FOTO
# 07 may 2013 09:06 (UTC +04:00)

Bakı – APA. Kaliforniya San Dieqo Universitetinin (UCSD) və San Dieqo Universitetinin (USD) dəvəti ilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev bu universitetlərdə mühazirə ilə çıxış edib. Baş Konsulluqdan APA-ya verilən xəbərə görə, N. Ağayev çıxışlarında Azərbaycanın tarixi və zəngin mədəniyyəti, keçdiyi inkişaf yolu, regionda aparıcı dövlətə çevrilməsi, qonşu dövlətlərlə münasibətlərinin hazırkı durumu, ABŞ ilə strateji tərəfdaşlığı, eləcə də Azərbaycan xalqının güclü etnik və dini dözümlülük ənənələrindən danışıb.

Eyni zamanda, diplomat Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və bu işğalın acı nəticələri barədə iştirakçıları ətraflı şəkildə məlumatlandırıb. Baş konsul bildirib ki, Ermənistan rəhbərliyi münaqişənin həllini yubatmaqla vaxt qazandığını güman etsə də, tam şəkildə yanılır: “Çünki son 20 ilin təcrübəsi göstərir ki, status kvonun saxlanılması siyasəti heç bir nəticə vermir, bütün beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanımaqda davam edir”.

Baş konsul bəyan edib ki, Azərbaycan getdikcə daha da güclənir, Ermənistan isə günü-gündən zəifləməkdədir. Məhz bu amili nəzərə alaraq Ermənistan rəhbərliyi qeyri-konstruktiv, erməni xalqının öz maraqlarına zidd olan siyasətindən əl çəkib, münaqişənin tezliklə həllinə çalışmalıdır.

Mühazirələrdən sonra N. Ağayev tələbələrin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR