Əli Əhmədov: “YAP-ın strukturlarında prezident seçkilərinə geniş hazırlıq gedir”

Əli Əhmədov: “YAP-ın strukturlarında prezident seçkilərinə geniş hazırlıq gedir”
# 17 may 2013 10:32 (UTC +04:00)

Bizim bütün müşahidələr və apardığımız təhlillər bunu göstərir”.

APA-nın xəbərinə görə, bunu YAP sədrinin müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, vətəndaşlarda belə rəyin formalaşmasının ciddi əsasları var: “Son 10 ildə Azərbaycanın inkişafı bilavasitə İlham Əliyevin həyata keçirdiyi siyasətlə əlaqədardır. Bu illər ərzində insanların rifahı yaxşılaşıb, Azərbaycan dövləti daha da güclənib. Hər bir ailənin həyatında müsbət dəyişikliklər baş verib. İnsanlar gələcəyə daha inamla baxmağa başlayıblar və gələcəyin növbəti 5 ilinin İlham Əliyevlə bağlı olduğunu bu gündən dərk edirlər. Buna görə də İlham Əliyevə inanırlar. İnsanların İlham Əliyevə inamı YAP-ın seçki kampaniyasının başlıca arqumentini təşkil edir. Bu amil prezident seçkilərində İlham Əliyevin qalib gəlməsini təmin edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR