Kürdəmirdə iki yük maşını toqquşub, xəsarət alanlar var, 65 baş qoyun tələf olub - YENİLƏNİB

Kürdəmirdə iki yük maşını toqquşub, xəsarət alanlar var, 65 baş qoyun tələf olub - <span style="color: red;">YENİLƏNİB
# 08 noyabr 2013 12:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, hadisə bu gün günorta saatlarında Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində qeydə alınıb.

Bakı sakini, 1974-cü il təvəllüdlü Çıraqov Mahir Həsən oğlunun idarə etdiyi “Mercedes” markalı yük maşını, qarşı tərəfdən gələn, Şirvan şəhər sakini, 1960-cı il təvəllüdlü Əliyev Abxan Gülbala oğlunun idarə etdi “KamAZ”la toqquşub. Hər iki sürücü xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, “Mercedes” markalı yük maşınında 100 baş qoyun, 5 baş iribuynuzlu mal olub. Qəza nəticəsində 65 baş qoyun tələf olub, qalan xırda və iribuynuzlu heyvanlar isə xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR