Bakı. Hafiz Heydərov - APA. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib. Mərkəzdən APA-ya verilən məlumata görə, bayramla əlaqədar bölgələrə gedənlərin çox olması səbəbindən Moskva prospekti və Bakı-Sumqayıt şossesində şəhərin çıxışında tıxac yaranıb.
Sürücülərdən qeyd olunan istiqamətdə mümkün qədər az hərəkət etmələri xahiş olunur.