Azərbaycana İsveçrədən 1 000 baş keçi gətirilib

Azərbaycana İsveçrədən 1 000 baş keçi gətirilib
# 03 oktyabr 2013 10:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycana xaricdən damazlıq heyvanların gətirilməsi prosesi davam edir. Bu məqsədlə bu günlərdə İsveçrədən Azərbaycana 1000 baş «Zanen» keçiləri gətirilib. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-dən məlumat verilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin «Aqrolizinq» ASC-yə verdiyi sifariş əsasında gətirilən «Zanen» keçiləri Ağcabədi rayonunda yerləşdiriləcək. Südlük istiqamətli olan bu keçilər gün ərzində 3-4 litr, ildə isə 800-1200 litr süd vermək qabiliyyətinə malikdir.

Əgər gətiriləcək keçilərə Azərbaycandakı hava şəraiti uyğun gələrsə, onların sayı 4 minə çatdırılacaq.

Xatırladaq ki, dövlət başçısının sərəncamına əsasən, bu il xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50% güzəştlə lizinq yolu ilə satılmasını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan «Aqrolizinq» ASC-yə 10 mln. manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR