İraqda baş verən terror aktlarında 30-dək insan ölüb, ən azı 100 nəfər yaralanıb

İraqda baş verən terror aktlarında 30-dək insan ölüb, ən azı 100 nəfər yaralanıb
# 22 may 2013 02:58 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Duz-Hurmatu şəhərində partladıcı quraşdırılmış iki avtomobil partladılıb. Nəticədə 3 yerli sakin ölüb, 44 nəfər yaralanıb, 10-dək bina zədələnib.

Kərkük şəhərində yol kənarında quraşdırılmış partladıcı qurğunun işə salınması nəticəsində 2 nəfər ölüb, 25 insan yaralanıb.

Bağdadın qərbindəki Əbu Qərib şəhərində törədilmiş partlayış nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Naməlum şəxslər Baakübə şəhərində iki nəfəri qətlə yetirib, bundan başqa, şəhər bazarında törədilmiş partlayış nəticəsində üç nəfər ölüb, yeddi nəfər isə yaralanıb.

Bağdad yaxınlığındakı Tarmiyə şəhərində silahlılarla toqquşmalarda 3 hərbçi həlak olub, 7 nəfər isə yaralanıb. Bağdadın qərbində yerləşən məsciddə törədilmiş partlayış nəticəsində ən azı 11 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR