Moskvada evində döyüş sursatı və narkotik aşkarlanan azərbaycanlı həbs edilib

Moskvada evində döyüş sursatı və narkotik aşkarlanan azərbaycanlı həbs edilib
# 05 iyun 2013 16:10 (UTC +04:00)

Bakı – APA. Moskva şəhərində 37 yaşlı azərbaycanlı Məhəmməd Eyyubov saxlanılıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, soyğunçuluqda günahlandırılan M. Eyyubovun yaşadığı mənzildə axtarış aparılarkən döyüş sursatı və narkotik maddələr aşkarlanıb. Belə ki, axtarış zamanı evdə qumbaralar, əldəqayırma partlayıcı qurğu, İJ-71 tapançası, eləcə də 5,27 qram amfetamin narkotik maddəsi, dini məzmunlu DVD və ədəbiyyat tapılıb. M. Eyyubov haqqında cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR