Kiyevdə Yanukoviç və Eşton arasında görüş başa çatıb

Kiyevdə Yanukoviç və Eşton arasında görüş başa çatıb
# 10 dekabr 2013 19:42 (UTC +04:00)

Bakı-APA. Kiyevdə Ukrayna prezidenti Viktor Yanukoviç və Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton arasında görüş başa çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna prezidenti Viktor Yanukoviç və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında görüş baş tutub. Görüşdə həmçinin AB-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Yan Tombinski iştirak edib”, deyə açıqlamada deyilir.

“Görüş 3,5 saat davam edib, bütün mühüm məsələlər müzakirə olunub. Hazırda müxalifət liderləri ilə görüş keçirilir”, bu barədə məlumatı öz Twitter səhifəsində Ketrin Eştonun rəsmi nümayəndəsi Maya Kosyançiç dərc edib.

Qeyd edək ki, Ketrin Eştonun bu gün Kiyevə ikigünlük səfəri başlayıb. Ukraynadakı vəziyyətin siyasi yolla nizamlanması səfərin əsas məqsədlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR