Kanadada qatarda baş vermiş partlayış səbəbindən yüzlərlə insan təxliyə edilib

Kanadada qatarda baş vermiş partlayış səbəbindən yüzlərlə insan təxliyə edilib
# 06 iyul 2013 20:25 (UTC +04:00)

Bakı-APA. Kanadanın Kvebek əyalətində xam neft daşıyan qatarda partlayış baş verdikdən sonra yüzlərlə insan evlərindən təxliyə edilib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində onlarla evə ziyan dəyib, hadisə yerində güclü yanğın baş verib. Neftin bir qisminin yaxınlıqdakı çaya axdığı ehtimal edilir.

Kanadanın ekologiya və təbii sərvətlər nazirliyində bildiriblər ki, qatar 73 sisterndən ibarət olub və hadisə nəticəsində vaqonların bir hissəsi yanıb.

Hadisənin bu gün səhər saatlarında baş verməsinə baxmayaraq, ölən və yaralananlar barədə hələlik konkret məlumat verilmir.

Qeyd edək ki, yanğının söndürülməsinə ABŞ-ın həmsərhəd bölgəsinin yanğınsöndürənləri də cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR