Venesuelada iğtişaşlar zamanı hamilə qadın və hərbçi öldürülüb

Venesuelada iğtişaşlar zamanı hamilə qadın və hərbçi öldürülüb
# 25 mart 2014 03:18 (UTC +04:00)

APA-nın BBC News-a istinadən verdiyi məlumata görə, son iki ay ərzində ölkənin müxtəlif bölgələrində 36 nəfər iğtişaşların qurbanı olub.

Dünən 28 yaşlı hamilə qadın ölkənin paytaxtı – Karakasın yaxınlığında, etirazçılar tərəfindən qurulmuş barrikadanın önündə, avtobusdan düşərkən güllə yarası alaraq yerindəcə keçinib. Merida ştatında isə Milli qvardiyanın çavuşu ölümcül xəsarət alıb.

Qeyd edək ki, ölkə prezidenti Nikolas Maduro müxalifəti ABŞ dəstəyi ilə dövlət çevrilişinə cəhddə ittiham edir. Müxalifət, öz növbəsində, hökuməti yüksək inflyasiya, gündəlik tələbat mallarının qıtlığı və ölkədə tüğyan edən cinayətkarlığa görə günahlandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR