Vladimir Bojko: “Azərbaycan və Qazaxıstanın Fövqəladə Hallar nazirlikləri arasında yaxşı münasibətlər var”

Vladimir Bojko: “Azərbaycan və Qazaxıstanın Fövqəladə Hallar nazirlikləri arasında yaxşı münasibətlər var”
# 05 iyun 2014 12:46 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Bojko deyib.

Nazir Azərbaycanın FHN-də keçirdiyi görüşlərdə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini qeyd edib.

Yaxın zamanlarda Qazaxıstan FHN tərəfindən Aktauda neft dağılmaları ilə mübarizə üzrə rəhbərlik etdiyi nazirlik tərəfindən təlim keçiriləcəyini deyən V. Bojko bu təlimə Azərbaycan FHN-in nümayəndə heyətinin də dəvət edildiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan FHN təlimdə ekspertlər səviyyəsində iştirak edəcək: “Biz belə razılığa gəldik ki, təlimlərin keçirilməsi sahəsində əməkdaşlıq edək. Mən belə bir təklifi Azərbaycanda Fövqəladə Hallar Nazirliyindən də almışam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR