Bu il Azərbaycanda əsas kapitala xarici sərmayələr 42% artıb

Bu il Azərbaycanda əsas kapitala xarici sərmayələr 42% artıb
# 20 may 2013 11:25 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında xarici mənbələrdən Azərbaycanın əsas kapitalına 1 180,2 mln. manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrünə nisbətən Azərbaycanın əsas kapitalına xarici mənbələrdən yatırılan vəsaitin həcmi 42,4% və ya 351,1 mln. manat artıb.

«Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yönəldilmiş vəsaitin 1 032,9 mln. manatı (87,5%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə və Çexiya sərmayədarlarına məxsus olub», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR