Təhsil Nazirliyi 31134 nüsxə “Şahmat” dərsliyi çap edib

 Təhsil Nazirliyi 31134 nüsxə “Şahmat” dərsliyi çap edib
# 10 oktyabr 2013 14:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Pilot ümumi təhsil məktəblərinin II, III və IV sinifləri üçün 31134 nüsxə “Şahmat” dərslikləri çap edilib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, həmin dərslik və müəllimlər üçün metodik vəsaitlər ümumi təhsil müəssisələrinə çatdırılıb.

Qeyd edək ki, 2013-2014-cü tədris ilinə ümumi təhsil məktəblərinin II, IV, VIII, IX və X sinifləri üçün 73 adda 2042800 nüsxə, V, VI siniflər üçün isə kurikulum əsasında 68 adda 1971600 nüsxə dərslik və müəllim üçün metodik vəsaitlər hazırlanaraq çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR