Azərbaycanda bir neçə gün əvvəl həbs edilən hərbçilərin apellyasiya şikayəti təmin olunmayıb

Azərbaycanda bir neçə gün əvvəl həbs edilən hərbçilərin apellyasiya şikayəti təmin olunmayıb
# 01 fevral 2014 09:22 (UTC +04:00)

APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin həbsdə olan zabiti, polkovnik-leytenant Namiq Nəbiyev, Hərbi Dəniz Qüvvələrinin həbsdə olan zabiti, polkovnik-leytenant Seyfi Hüseynov və Hərbi Dəniz Qüvvələrinin həbsdə olan giziri Elxan Hacıyevin birinci instansiya məhkəməsinin qərarından verdikləri apelyasiya şikayətlərinə baxılıb.

Məhkəmə onların şikayətini təmin etməyib, Bakı Hərbi Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Azərbaycan Ali Hərbi Məktəbinin zabiti, polkovnik-leytenant Namiq Nəbiyev, Hərbi Dəniz Qüvvələrinin zabiti polkovnik-leytenant Seyfi Hüseynov və Hərbi Dəniz Qüvvələrinin giziri Elxan Hacıyev bir neçə gün əvvəl korrupsiyada ittiham olunaraq həbs ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR