Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib - FOTO

Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib - <span style="color: red;">FOTO
# 12 iyun 2013 15:28 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, F. Lefort Cənubi Qafqaz ölkələrinə son səfəri barədə danışaraq keçirdiyi görüşləri yüksək qiymətləndirib. O, AB-nin regionun inkişafında, stabilliyin qorunub saxlanılmasında maraqlı olduğunu və bunun üçün lazımi dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

E. Məmmədyarov isə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumat verib və bu münaqişənin ədalətli həlli perspektivləri bağlı öz fikirlərini söyləyib.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinin regionun inkişafına verə biləcəyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR