® “Caspian Coast Winery & Vineyards” üzümlüklərində ilk məhsul yığımı uğurla həyata keçirilib - FOTO

<font color=red>® </font>“Caspian Coast Winery & Vineyards” üzümlüklərində ilk məhsul yığımı uğurla həyata keçirilib - <span style="color: red;">FOTO
# 18 sentyabr 2013 08:30 (UTC +04:00)

Bakı - APA-Economics. "Caspian Coast Winery & Vineyards" MMC-nin Həmya vadisindəki üzümlükləri artıq ilk məhsulunu verib.

Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, ümumilikdə 119 ha ərazidə qırmızı şərab növünə aid "Cabernet-Franc", "Cabernet-Sauvignon", "Syrah", "Saperavi", "Merlot" və ağ şərab növünə aid "Rkatsiteli", "Gewurztraminer", "Sauvignon", "Chardonnay", "Muscat" olmaqla üzüm sortları yetişdirilir.

"Caspian Coast Winery & Vineyards" MMC 21 növ şərab və artıq 4 növ konyak istehsal edir. Məhsullar arasında "Bayan Shira" və "Matrasa" sırf Azərbaycan brendləridir və yüksək keyfiyyəti ilə tanınır. Digər brendlərə isə "Hamya", "Shani", "Four Seasons", "Cabernet-Sauvignon", "Rkatsiteli" nümunədir. Müasir Avropa avadanlıqları ilə qurulan zavod ildə 8000 ton üzüm emalı gücünə malikdir.

Xatırladaq ki, "Caspian Coast Winery & Vineyards" MMC “Synergy Group”-a daxildir. Qrup ölkəmizdə şərabçılıq ənənələrinin bərpası üçün əhəmiyyətli yatırım edərək 1970-ci ildə qurulmuş və 1990-cı illərdə fəaliyyətini dayandırmış Siyəzən Şərab zavodunu 2010-cu ildə yenidən qurub və beynəlxalq standartlara uyğun istehsal prosesi təşkil edib. Zavodun nəzdində yenidən bərpa olunmuş üzümlüklər kənd təsərrüfatı istehsalının inkişafı və müasirləşdirilməsi istiqamətində “Synergy Group” ASC-nin investisiya strategiyasının mühüm bir hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR