AŞPA rəhbəri: “Bu sessiya ərzində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş keçiriləcəyinə əmin deyiləm”

AŞPA rəhbəri: “Bu sessiya ərzində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş keçiriləcəyinə əmin deyiləm”
# 30 sentyabr 2013 12:03 (UTC +04:00)

Bu sözləri AŞPA prezidenti Jan Klod Minton assambleyanın Dağlıq Qarabağ üzrə alt komitəsində bu sessiya ərzində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş keçirilib-keçirilməyəcəyinə dair APA-nın sualını cavablandırarkən deyib. O bildirib ki, sessiya ərzində hamının iş qrafiki doludur: “İnanmıram ki, vaxt baxımından çatdıraq. Lakin biz belə qərara gəlmişik ki, mənim də iştirakımla iki nümayəndə heyətləri arasında bu görüşlər davam etdirilsin. Mən də əlimdən gələn hər şeyi edəcəyəm ki, gələcəkdə yenidən iki ölkənin nümayəndə heyətləri arasında görüş təşkil edə bilim. Bu məsələ mənim AŞPA sədri kimi mandatımın ən önəmli fəaliyyətidir və belə bir nəticə əldə etdiyim üçün çox məmnunam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR