Dow Jones və S&P 500 indeksləri tarixi maksimumlarını yeniləyib

Dow Jones və S&P 500 indeksləri tarixi maksimumlarını yeniləyib
# 27 dekabr 2013 07:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 16 480 bəndədək, S&P 500 0,5% - 1 842 bəndədək, Nasdaq 0,3% - 4 167 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, beləliklə, ABŞ fond bazarında Dow Jones və S&P 500 indeksləri tarixi maksimumlarını yeniləyib.

Avropa fond bazarlarında dekabrın 26-da FTSE 100 indeksi 0,2% - 6 694 bəndədək, Almaniya DAX-ı 0,9% - 9 489 bəndədək, Fransa CAC-40-ı isə 0,1% - 4 218 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 213,40 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3743 dollar (+0,6%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR