Putin: “İstəmirik ki, qonşuluğumuzda NATO qüvvələri olsun”

Putin: “İstəmirik ki, qonşuluğumuzda NATO qüvvələri olsun”
# 18 mart 2014 14:03 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikri Rusiya Federasiya Şurasına müraciətində Rusiya prezidenti Vladimir Putin səsləndirib.

O, Ukrayna xalqına zərər vermək istəmədiyini vurğulayıb. “Sizi Rusiya ilə qorxudanlara inanmayın. İnanmayın ki, Krımın ardınca digər bölgələr gedəcək, bu, bizə lazım deyil. Krım isə strateji bölgədir. Bu bölgə güclü və davamlı suverenliyin nəzarətində olmalıdır, bu rolda yalnız Rusiya çıxış edə bilər”.

Rusiya prezidenti həmçinin bildirib ki, Ukrayna ilə bağlı məsələdə Qərb qüvvələri kobud və qeyri-peşəkar mövqe sərgiləyib.

Ukraynanın NATO-ya mümkün qəbuluna gəldikdə isə Putin bunu Rusiyanın cənubu üçün təhlükə kimi dəyərləndirib: “Biz istəmirik ki, qonşuluğumuzda NATO qüvvələri olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR