Nino Burcanadze: “Gürcüstanın yaxın gələcəkdə NATO və Avropa Birliyinə üzv olması mümkün deyil” - FOTO

Nino Burcanadze: “Gürcüstanın yaxın gələcəkdə NATO və Avropa Birliyinə üzv olması mümkün deyil” - <span style="color: red;">FOTO
# 27 sentyabr 2013 10:59 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “Gürcüstanın yaxın gələcəkdə NATO və Avropa Birliyinə üzv qəbul edilməsi ehtimalı azdır”. APA-nın xəbərinə görə, bunu Gürcüstan prezidentliyinə namizəd, “Demokratik Hərəkat-Azad Gürcüstan” Partiyasının lideri, parlamentin sabiq sədri Nino Burcanadze “Thomson Reuters Foundation” və “The Stanley Foundation” tərəfindən Tiflisdə ekspertlər və jurnalistlər üçün təşkil edilən qlobal təhlükəsizlik seminarında çıxışında deyib.

N. Burcanadze bildirib ki, Gürcüstanın AB-yə üzvlüyü ideal olardı, lakin yaxın gələcəkdə bu, mümkün deyil: Hələlik AB “Şərq tərəfdaşlığı” ölkələri ilə yalnız assosiasiya sazişi üzrə danışıqlar aparır. NATO-ya üzvlük isə hazırda illüziyadan başqa bir şey deyil. Alyansa üzv olmaqdan öncə ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır”.

2008-ci ildə Rusiya ilıə baş vermiş müharibədə M. Saakaşvilinin roluna toxunan N. Burcanadze hesab edir ki, mövcud prezident siyasətdən getməlidir: “Onun Gürcüstan tarixinə düşmək üçün unikal şansı vardı, lakin bu şansı əldən verdi”.

Keçmiş parlament sədri Rusiya ilə dialoqu istisna etmədiyini söyləyib. O qeyd edib ki, gürcülərin tarixən osetin və abxazlarla problemi olmayıb: “Mən prezident seçilsəm, açıq dialoq aparacağam. Mən görürəm ki, insanlar dialoq istəyir və aralarındakı süni sərhədlərin götürülməsinə can atır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR