İranla AEBA arasında əməkdaşlıqla bağlı birgə bəyanat imzalanıb

İranla AEBA arasında əməkdaşlıqla bağlı birgə bəyanat imzalanıb
# 11 noyabr 2013 14:07 (UTC +04:00)

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, sənəd İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və agentliyin icraçı direktoru Yukiya Amano arasında imzalanıb.

Bundan əlavə, İran Ali Milli Təhlükəsizlik Şurasının razılığı əsasında AEBA müfəttişlərinin Ərak ağır su nüvə obyektinə baxış keçirməsinə icazə verilib. Eyni zamanda agentlik müfəttişlərinin İranın Bəndər Abbas şəhərindəki “Keçin” uran mədənində də monitorinq aparmaları ilə bağlı razılıq əldə olunub.

Ə. Salehi İranla AEBA arasındakı əməkdaşlığın şəffaf olduğunu deyərək, bu gün Tehranda 2.5 saat davam edən müzakirələrdə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi apardıqlarını və hər iki tərəfin də danışıqların nəticəsindən məmnun qaldığını söyləyib. Onun sözlərinə görə, Y. Amanonun İrana səfər etməsinin “altılıq” ölkələri ilə aparılan müzakirələrlə eyni vaxtda olması sevindiricidir: “İranın AEBA və “altılıq” ölkələri ilə davam etdirdiyi müzakirələrdə irəliləyiş əldə olunub. İranla agentlik arasında imzalanmış 6 maddədən ibarət birgə bəyanat gələcək əməkdaşlıq və həll edilməmiş məsələlərin tənzimlənməsi üçün “yol xəritəsi” olacaq.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR