Maykl Mann: “Altılıq” ölkələri İranla kiminlə danışıqlar aparacağını müzakirə edirlər”

Maykl Mann: “Altılıq” ölkələri İranla kiminlə danışıqlar aparacağını müzakirə edirlər”
# 18 iyul 2013 11:51 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “İran rəsmiləri ölkənin nüvə proqramının qaranlıq tərəflərinin aydınlığa çıxması üçün cəhd göstərməlidirlər”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsinin sözçüsü Maykl Mann bildirib.

Onun sözlərinə görə, “altılıq” ölkələrinin təkliflərinə baxmayaraq, İran prosesi ləngidir. M. Mann “altılıq” ölkələrinin İranın nüvə proqramı ilə bağlı iyulun 16-da Brüssel şəhərində keçirilmiş qapalı toplantısına da toxunub: “Hazırda “altılıq” ölkələri İranla necə və kiminlə danışıqlar aparacağını müzakirə edirlər”. Sözçü vurğulayıb ki, “altılıq” ölkələri İranın nüvə müzakirələrini aparacaq heyətini formalaşdırması üçün daha neçə həftə dözməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR