Şirvan Milli Parkı ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb

Şirvan Milli Parkı ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb
# 09 yanvar 2014 15:30 (UTC +04:00)

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, reyd zamanı qanunsuz ov etdiklərinə görə Salyan rayon sakinləri saxlanılıb, onlardan 3 ədəd ov tüfəngi, 1 ördək və adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş 2 turac quşu götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək inzibati qaydada ümumilikdə onlara 4500 manat məbləğində cərimə tətbiq olunub, təbiətə dəymiş ziyanla bağlı 2000 manat məbləğində iddia qaldırılıb.

Faktın hansı şəraitdə baş verməsi və təfsilatlarının müəyyən edilməsi istiqamətində Nazirlik tərəfindən araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR