Azərbaycan şirkətləri İraqda küçələrin abadlaşdırılmasına dəvət olunub

Azərbaycan şirkətləri İraqda küçələrin abadlaşdırılmasına dəvət olunub
# 14 fevral 2014 09:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İraq səfirliyi Azərbaycan iş adamlarını tenderdə iştirak etməyə dəvət edir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, İraq Şəhərsalma və Tikinti Nazirliyinin Yollar və körpülər Baş İdarəsi tərəfindən İraqın Vasit əyalətində Ən-Nur və Ət-Taqaddum küçələrinin abadlaşdırılması üzrə beynəlxalq tender elan olunub. İraqın Azərbaycandakı səfirliyi Azərbaycan iş adamlarını tenderdə iştirak etməyə dəvət edir.

Tender haqqında ətraflı məlumat əldə etmək istəyənlər və tenderdə iştirak etmək istəyənlər İraqın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR