"BakuBus" tərəfindən alınan avtobuslar Avropa Oyunlarından sonra Bakı sakinlərinin xidmətinə veriləcək

"BakuBus" tərəfindən alınan avtobuslar Avropa Oyunlarından sonra Bakı sakinlərinin xidmətinə veriləcək
# 05 iyun 2015 13:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “BakuBus” MMC-nin yeni alınmış avtobusları I Avropa Oyunları ilə əlaqədar "ekspress" xətlərdə fəaliyyət göstərəcək.

"APA-Economics"in məlumatına görə, bunu "BakuBus" MMC-nin direktorunun müavini Vüsal Kərimli deyib.

V. Kərimlinin sözlərinə görə, Oyunlardan sonra iyul ayından etibarən avtobuslar Bakı sakinlərinə xidmətinə veriləcək.

O, deyib ki, avtobuslarda sıxılmış təbii qaz yanacaq növündən istifadə olunacaq:

“Avtobuslarda iqlim, temperaturu tənzimləyən sistem quraşdırılıb. Bu, temperaturu istənilən səviyyədə saxlamağa imkan verir. Bundan əlavə, dayanacağa yaxınlaşdığı zaman sərnişinlərin daha rahat minməsi üçün avtobuslar sağa əyilir. Avtobusun daxilində heç bir maneə yoxdur. Avtobusun istehsalında istifadə olunan bütün materiallar Avropa standartlarına cavab verir və istehsal prosesində yanğınadavamlı, təhlükəsiz və ətraf mühitə zərərsiz materiallardan istifadə olunub".

Qeyd edək ki, Fransa istehsalı olan "İveco" avtobusları son texnologiyalarla təchiz olunub. Ümumilikdə 26 oturacaqdan ibarət olan avtobus 100 nəfərə yaxın sərnişin götürmə qabiliyyətinə malikdir. Avtobuslarda quraşdırılmış xüsusi monitorlar vasitəsilə həm sürücü, həm də sərnişinlərin təhlükəsizliyinə nəzarət etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR