Azərbaycanla Böyük Britaniya “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatın artırılmasını müzakirə edib

Azərbaycanla Böyük Britaniya “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatın artırılmasını müzakirə edib
# 03 dekabr 2014 16:10 (UTC +04:00)

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev Avropanın enerji təhlükəsizliyində Azərbaycanın getdikcə daha mühüm yer tutduğunu və bu istiqamətdə həyata keçirilən layihələr sırasında Cənub Qaz Dəhlizinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Son illər Azərbaycanın neft-qaz sənayesində qazanılmış nailiyyətlər haqqında məlumat verən R. Abdullayev BP şirkəti ilə birlikdə həyata keçirilən böyük layihələrdən söz açıb, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatın artırılması istiqamətində, həmçinin “Şəfəq-Asiman” perspektiv strukturunda seysmik tədqiqat sahəsində işlərin sürətləndiyini nəzərə çatdırıb. Qlobal əhəmiyyətli Cənub Qaz Dəhlizinin önəmini xüsusi qeyd edən ARDNŞ prezidenti bu layihənin əsas elementləri olan “Şahdəniz-2” və TANAP layihələrində BP şirkətinin ARDNŞ ilə birlikdə regionun və bütünlükdə Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib. O, layihənin qrafikə uyğun olaraq davam etdiyini, bu sahədə heç bir problemin olmadığını bildirib.

Ç. Hendri Böyük Britaniyanın Azərbaycan enerji sektoruna, xüsusilə də ARDNŞ ilə əməkdaşlığa böyük maraq göstərdiyini, BP və digər İngiltərə şirkətlərinin ölkəmizdəki fəaliyyətlərinə böyük önəm verdiyini vurğulayıb. O, Azərbaycanın 2003-cü ildən etibarən Böyük Britaniyanın baş naziri tərəfindən irəli sürülmüş “Təbii Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü”nə qoşulduğunu qeyd edib, bu istiqamətdə ARNDŞ tərəfindən atılan addımları yüksək qiymətləndirib.

Qonaq bu gün Bakı Ali Neft Məktəbində professor-müəllim və tələbə heyəti ilə görüş keçirdiyini, bu ali məktəbin Britaniya universitetləri ilə yaxın əlaqələr qurduğunu və münasibətlərin daha da genişləndiyini qeyd edib. Görüşdə Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq imkanlarının böyük olması və bu imkanlardan istifadə etmək üçün hər iki tərəfin səy göstərdiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR