APA-nın məlumatına görə, tədbiri FHN
Seminar-müşavirədə FHN
Məruzədə 1 oktyabr 2013-cü ildən 2014-cü ilin iyuluna qədər ölkə üzrə 399 dəm qazından zəhərlənmə hadisəsinin qeydə alındığı, bu hadisələr nəticəsində 90 nəfərin öldüyü və 356 nəfərin müxtəlif dərəcədə bədən xəsarəti aldığı müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, bu rəqəmlər hamını narahat etməli, qaz təchizatı və istehlakı sahəsində təhlükəsizlik qaydalarına əməl olunması, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və bədbəxt hadisələrlə nəticələnən, ölkə iqtisadiyyatına və vətəndaşlara əhəmiyyətli ziyan vurulmasına səbəb olan qanun pozuntularının qarşısının alınması istiqamətində müvafiq icra strukturları və dövlət təsisatları tərəfindən təxirə salınmadan qabaqlayıcı tədbirlərin hazırlanıb həyata keçirilməsi ən prioritet məsələ kimi diqqət mərkəzində olmalıdır.
Müşavirədə çıxış edən FHN Cənub Regional Mərkəzinin rəisi polkovnik Zəmani Dadaşov, Lənkəran rayon İcra Hakimiyyətinin hüquq sektorunun müdiri Fuad Əhədov maarifləndirmə işlərində yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətin zəruriliyini qeyd edib, hər bir müəssisə və təşkilatda yanğına qarşı təbliğat xarakterli tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Seminar-müşavirədə maarifləndirici tədbirlərə geniş yer verilib, «Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı», «Elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda çıxışlar dinlənilmiş, «Dəm qazından ehtiyatlı olun!» adlı qısametrajlı film nümayiş etdirilib.
Əhali arasında yanğına qarşı təbliğat işində istifadə olunması üçün