İranda bələdiyyə seçkilərinə namizədlərin qeydiyyataalma mərhələsi başlayıb

İranda bələdiyyə seçkilərinə namizədlərin qeydiyyataalma mərhələsi başlayıb
# 15 aprel 2013 12:12 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Bu gündən İranda bələdiyyə seçkilərinə namizədlərin qeydiyyatına başlanılıb.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bu il iyunun 14-də ölkədə prezident seçkiləri ilə eyni vaxtda keçiriləcək IV tur bələdiyyə seçkilərində namizədlər 207 587 yer uğrunda mübarizə aparılacaq. Bunlardan 126 153 nəfəri həqiqi üzv, 81 434 nəfəri isə əvəzedici üzv olacaq.

Eyni zamanda mayın 7-dən 11-nə kimi 5 gün müddətində XI dövr prezident seçkiləri üçün namizədlərin qeydiyyataalma mərhələsi başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR