İtaliya millisinin baş məşqçisi: “Qəbələdə Dünya Kuboku yarışları yüksək səviyyədə təşkil olunub”

İtaliya millisinin baş məşqçisi: “Qəbələdə Dünya Kuboku yarışları yüksək səviyyədə təşkil olunub”
# 10 avqust 2015 10:08 (UTC +04:00)

Bunu APA-ya müsahibəsində İtaliyanın atıcılıq üzrə yığma komandasının baş məşqçisi, olimpiya çempionu Andrea Benelli deyib.

A. Benelli Qəbələdə təşkil edilən atıcılıq üzrə Dünya Kuboku yarışlarında İtaliyanın milli yığma komandası üzvlərinin ötən iki gündə uğurla çıxış etdiyini deyib. “Bu yarışlarda ilk qızıl medalı Katyuşa Spada qazanıb. Dünən isə dairəvi səngər stend üzrə kişilərin yarışında daha bir idmançımız Qabriele Rosetti bürünc medal qazanıb. Bizim idmançılar bu yarışda inamlı qələbə qazanmağı qarşıya məqsəd qoyub. Gələn il İtaliyada da Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku yarışları keçiriləcək”.

O, Qəbələdə bu yarışın yüksək səviyyədə təşkil olunması ilə yanaşı insanların mehribanlığını xüsusi vurğulayıb: "Buranın insanları çox mehribandır. Bizə qarşı xoş münasibət göstərirlər. Hər şey əladır".

Məşqçi əvvəllər də Bakı və Qəbələdə olduğunu bildirib: “Çox gözəl yerlərdir. Buradan məmnun qalmamaq mümkün deyil. Qəbələdəki atıcılıq kompleksində yarış poliqonu da əladır. Həmçinin idmançıların boş vaxtlarını səmərəli keçirmələri üçün gözəl proqram tərtib edilib. Əminəm ki, burada tez-tez beynəlxalq yarışlar təşkil ediləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR