Tel-Əvivdə iğtişaş baş verib

Tel-Əvivdə iğtişaş baş verib
# 04 may 2015 11:10 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Mayın 3-də axşam saatlarında İsrailin paytaxtı Tel-Əvivdə Efiopiyadan olan mühacirlərin nümayişi zamanı baş verən iğtişaşlar zamanı 40 nəfər xəsarət alıb. APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, ümumilikdə İshak Rabin meydanında baş verən aksiyada 10 mindən çox adam iştirak edib. Dinc etiraz kimi başlayan nümayiş daha sonra hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmalar şəklində davam edib. Aksiya iştirakçıları bir neçə qruplara bölünərək kafe və mağazaları dağıtmağa başlayıblar. Bir neçə iştirakçı hətta meydan yaxınlığında yerləşən Tel-Əviv meriyasına daxil olmağa çalışıb. Polis cavab olaraq gözyaşardıcı qazdan istifadə edib, onlarla iştirakçı saxlanılıb.

Xatırladaq ki, bu olay ötən həftə ərzində efiopiyalı mühacirlərin polislə toqquşması ilə nəticələnən ikinci hadisədir. Aprelin 30-da Yerusəlimdə də eyni aksiya baş verib. Hadisəyə səbəbi kimi yerli mediada 2 polis əməkdaşının Efiopiya əsilli əsgərə güc tətbiq etməsi ilə bağlı yayılan videokadrlar qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR