Təhsil Nazirliyi bu il keçirilən buraxılış imtahanlarında şagirdlərin zəif nəticə göstərməsinə münasibət bildirib

Təhsil Nazirliyi bu il keçirilən buraxılış imtahanlarında şagirdlərin zəif nəticə göstərməsinə münasibət bildirib
# 07 iyul 2014 15:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi bu il keçirilən buraxılış imtahanlarında IX və XI sinif şagirdlərinin zəif nəticə göstərməsi, əksəriyyətinin “2” qiymət almasına münasibət bildirib. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin sektor müdiri Emin Əmirullayev keçirilən mətbuat konfransında deyib ki, şagirdlərin göstəriciləri məktəblərə uyğun olaraq dəyişir. O bildirib ki, ötən ildən Təhsil Nazirliyi buraxılış imtahanın nəticələrini təhlil edərək hər bir rayonda, respublika üzrə məktəblərin reytinq siyahısını hazırlayır və müvafiq yerli təhsil şöbələrinə təqdim edir: “Azərbaycanın məktəbləri arasında əsaslı fərqlər mövcuddur. Ölkədə şagirdləri yüksək nəticə göstərən və məzunlarının 80-90%-nin məktəbi əla qiymətlə bitirən məktəblər və tam əksinə olanlar var”.

Sektor müdiri əlavə edib ki, Təhsil Nazirliyi bu nəticələrə gətirib çıxaran səbəblərin araşdırılması istiqamətində iş aparır. Onun fikrincə, bu rəqəmin tam olaraq sıfıra endirilməsi mümkün ola bilməz: “Çünki məktəblərdə 2 alan şagirdlər olur və gələcəkdə də ola bilər. Sadəcə onların sayı məsələsi, təhsilin keyfiyyət göstəriciləri, məzunların orta göstəriciləri əsas götürülür. Bunlar uzun sürən və səbr tələb edən məsələdir. Şagirdin IX il ərzində əldə etdiyi bilik və bacarığa qısa müddət ərzində dəyişikliklər etməklə onu dəyişmək mümkün deyil. Bu gün təhsil sahəsində atılan addımlar gələcəyə əsaslanır. Təhsildə islahatlar və dəyişiklər qısa zaman ərzində nəticə vermir, müəyyən zaman tələb edir. İnanırıq ki, bu gün atılan addımlar gələcəkdə qaldırılan problemin aşağı düşməsinə şərait yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR