Bakı. Zümrüd Paşayeva – APA. Honq Konqda kütləvi etiraz aksiyalarının keçirildiyi ərazi təmizlənib.
APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2 aydan çox davam edən nümayişlərin mərkəzi olan “Admiralty” meydanını çadır və barrikadalardan təmizləmək üçün 7 min nəfər polis cəlb olunub.
Ərazini tərk etmək istəməyən nümayişçilərin saxlanıldığı bildirilir.
Xatırladaq ki, nümayişçilər 2017-ci il seçkilərində iştirak edəcək şəxslərin namizədliyinin Çin hökuməti tərəfindən təsdiqlənməsi qaydasına etiraz edirlər.