Azərbaycanın İsveçrədəki səfiri bu ölkənin Federal Miqrasiya Xidmətinin rəhbəri ilə görüşüb - FOTO

Azərbaycanın İsveçrədəki səfiri bu ölkənin Federal Miqrasiya Xidmətinin rəhbəri ilə görüşüb - <span style="color: red;">FOTO
# 04 mart 2013 09:04 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı İsveçrənin Federal Miqrasiya Xidmətinin rəhbəri Mario Qattiker ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkənin miqrasiya sahəsindəki əməkdaşlığından məmnunluq ifadə edilib, sözügedən sahədə əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərinə toxunulub.

Görüş zamanı miqrasiya sahəsində əməkdaşlıqla bağlı qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR