SOCAR "Total"ın Türkiyədəki YDM şəbəkəsini almaq istəməsi barədə məlumatlara aydınlıq gətirib - VİDEO - YENİLƏNİB

SOCAR "Total"ın Türkiyədəki YDM şəbəkəsini almaq istəməsi barədə məlumatlara aydınlıq gətirib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 29 aprel 2015 11:49 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, K. Yavuz “BloombergHT” agentliyinə açıqlamasında yayılan məlumatı təkzib edib. O bildirib ki, SOCAR Türkiyə YDM bazarını tərk etmək istəyən “Total”ın YDM şəbəkəsini almaq niyyətində deyil və bununla bağlı tərəflər arasında heç bir danışıqlar aparılmayıb.

***

saat 10.44

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Fransanın “Total” şirkətinə məxsus olan Türkiyədəki yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini ala bilər.

"APA-Economics"in xəbərinə görə, bu barədə Aktifmedya.com xəbər portalı yazır.

Portalın yazdığına görə, bu günlərdə "Total" rəsmən Türkiyənin YDM bazarından gedəcəyini bəyan edib.

Türkiyənin YDM bazarının həcmi 80 milyard Türk lirəsi həcmində ölçülür. "Total" bazarda payı 5,3% təşkil edir.

Nəşr iddia edir ki, "Total"ın YDM məntəqələrini almaq istəyənlər sırasında SOCAR və BP kimi şirkətlər var.

SOCAR-dan sözügedən məsələyə münasibət bildirilmədi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR