Türkdilli ölkələrin ədəbiyyat üzrə ümumi dərsliyi olacaq

Türkdilli ölkələrin ədəbiyyat üzrə ümumi dərsliyi olacaq
# 06 oktyabr 2015 08:56 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Türkdilli ölkələrdə məktəblilərinin ədəbiyyat üzrə vahid dərslikləri olacaq.

APA-nın “mir24.tv” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Astanada Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Tatarıstan nümayəndələrin iştirak etdiyi toplantıda bildirilib. Kitabı Beynəlxalq Türk Akademiyası hazırlayacaq.

Eyni zamanda100 cildlik “Əcdadların irsi” adlı unikal elmi layihənin də həyata keçirilməsi planlaşdrılıb. Layihənin reallaşması bir neçə ilə nəzərdə tutulur. Alimlər folklor, müasir sənət nümunələri, eləcə də türk dünyasının görkəmli şəxsiyyətləri barədə detallı məlumatlar toplamalı olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR