Proqnoz: İlin sonuna kimi neft təklifi tələbatı üstələyəcək

Proqnoz: İlin sonuna kimi neft təklifi tələbatı üstələyəcək
# 11 avqust 2012 10:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin sonuna kimi dünya neft bazarında təklif tələbatı üstələyəcək. «APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin yeni icmalında deyilir.

İcmala əsasən, ilin sonuna kimi gündəlik neft istehlakı 89,6 mln. barel, neft hasilatı isə 90,7 mln. barel təşkil edəcək. Qeyd edək ki, BEA-nın əvvəlki proqnozunda neft istehlakı 89,9 mln. barel səviyyəsində qiymətləndirilib. Gələn il üçün neft istehlakı üzrə proqnoz isə 90,9 mln. bareldən 90,5 mln. barelə qədər endirilib.

BEA mütəxəssislərinin hesablamalarına görə, iyulda dünya neft hasilatı günə 90,7 mln. barel təşkil edib ki, bu da iyunla müqayisədə 300 min barel, ötən ilin iyul ilə müqayisədə isə 2,6 mlın. barel çox olub. O cümlədən, OPEC ölkələri tərəfindən neft hasilatı gündə 31,39 mln. barel təşkil edib ki, bu da iyun ayına nisbətən 70 min barel azdır. Azalmanın səbəbləri kimi İran, Anqola və Liviyada neft hasilatının azalması qeyd edilir.

İcmala əsasən, dünyada neft emalı ilin III rübündə gündə 75,5 mln. barelə bərabər olacaq ki, bu da II rüb ilə müqayisədə 1,1 mln. barel, ötən ilin III rübü ilə müqayisədə isə 200 min barel çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR