«City Challenge»in media direktoru: “Azərbaycanın təşkilatçılıq işləri yüksək səviyyədədir” - FOTOSESSİYA - VİDEO

«City Challenge»in media direktoru: “Azərbaycanın təşkilatçılıq işləri yüksək səviyyədədir” - <font color=red>FOTOSESSİYA - VİDEO</font>
# 27 oktyabr 2012 12:08 (UTC +04:00)

APA-nın xəbərinə görə, konfransda çıxış edən yarışın media direktoru Rene D.Bayer Azərbaycanda təşkilatçılıq işlərinin yüksək səviyyədə olduğunu, tədbirə böyük marağın isə onlarda heyranlıq doğurduğunu bildirib.

Onun sözlərinə görə, yarışların Bakıda keçirilməsinə «City Challenge»nin direktoru Xarmut Beyerin bu ilin əvvəlində Azərbaycana səfər etməsi təkan verib: “O, Bakının gözəlliyinə valeh oldu. Bundan sonra danışıqlar aparıldı və oktyabrda Bakıda yarıların keçirilməsi qərara alındı. Dünyanın 120 ölkəsinə translyasiya olunan və 300 milyon tamaşaçının izləyəcəyi bu yarışlar turizm və iqtisadiyyatın inkişaf etdirilməsi üçün Azərbaycanın yaxşı reklam fürsətidir”.

Qeyd edək ki, Bakıda «City Challenge» yarışları oktyabrın 26-dan start götürüb. Dünən məşq sessiyası olub. Bu gün isə təsnifatlandırma və sprint yarışları keçirilir. Əsas yarış günü oktyabrın 28-dir. Oktyabrın 28-də bütünü kateqoriyalar üzrə parad və yarış olacaq.

Yarışlarda Porsche 911, Aston Martin Vantage GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 İtalia GT3, Lamborghini Gallardo LP 600+ və Mercedes Benz SLS AMG GT3 markalı avtomobillər iştirak edir.

«City Challenge» yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafındadır. Yarışda 10 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edir. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara uyğun tətbiq olunur.

Üç gün davam edəcək əyləncəli avtoralli yarışlarında iştirakçılar klassik “Qrand PRİX” və klassik “Formula-1” mükafatları uğrunda mübarizə aparacaq.

«City Challenge» avtomobil yarışı bundan əvvəl Budapeşt və Buxarestdə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR