Əli Əhmədov: “Azərbaycanda 50-60 partiya olsa da, onlardan yalnız 5-6-sı işləkdir”

Əli Əhmədov: “Azərbaycanda 50-60 partiya olsa da, onlardan yalnız 5-6-sı işləkdir”
# 06 fevral 2012 12:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Siyasi partiya sistemi mövcud olan bütün müsəlman ölkələrindəki kimi Azərbaycanda da siyasi partiyaların sayı çoxdur”. APA-nın xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycanda 50-60 siyasi partiya olsa da, onlardan yalnız 5-6-sı işləkdir, qalanlar isə partiya yaratmaq xatirinə yaradılıb.

Ə. Əhmədov Milli Məclisdə 10 siyasi partiyanın təmsil olunduğunu da xatırladıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR