Azərbaycanlı boksçu 1/8 final mərhələsində mübarizəni dayandırıb

Azərbaycanlı boksçu 1/8 final mərhələsində mübarizəni dayandırıb
# 02 avqust 2012 16:47 (UTC +04:00)
Bakı-APA. Azərbaycan boksçusu Soltan Migitinov (75 kq) bu gün London Olimpiadasında növbəti döyüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, ilk görüşündə misirli Məhəmməd Hikala 20:12 hesabı ilə qalib gələn idmançımız 1/8 final mərhələsində braziliyalı Florentino Falkao ilə qarşılaşıb.

İlk raund boksçumuz üçün uğursuz alınıb. 3 dəqiqəlik döyüşdən sonra Soltan 5 xal geridə qalıb 3-8. Migitinov ikinci raundda da rəqibindən zəif təsir bağışlayıb. Braziliyalı bu dəfə 7:5 hesablı qələbə qazanıb. Beləliklə, Falkao üçüncü raunda üstün yollanıb - 15:8.

Sonuncu, həlledici raundda isə açıq döyüş gedib. Bu dəfə də daha çox dəqiq zərbələr vuran cənubi amerikalı boksçu Migitinovun 1/4 finala gedən yolunu kəsib - 9:3. Yekunda 24:11 hesablı qələbə qazanan Falkao mükafatlar uğrunda mübarizəni davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR