Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyası yeni raket kompleksini sınaqdan keçirib

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyası yeni raket kompleksini sınaqdan keçirib
# 14 mart 2012 08:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyası «Bal-E» ən son mobil sahil raket kompleksini sınaqdan keçirib. APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dağıstanın Adanak poliqonunda keçirilən sınaqlarda raket kompleksinin döyüş tətbiqi məsələlərinə baxılıb.

Sınaqlarda xüsusi diqqət kompleksin hazırlığı, mövqelərə çıxarılması, mürəkkəb meteoroloji şərtlər, gecə və gündüz tətbiqinə yönəldilib.

Sınaqların növbəti mərhələdə dəniz piyada taborları ilə birgə əməliyyat şəraitində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, «Bal-E» kompleksi 120 kilometr məsafədə günün istənilən vaxtı və istənilən şəraitdə hədəfi vurmağa qadirdir. 2008-ci ildə silahlanmaya qəbul edilmiş raket kompleksi 10 dəqiqə ərzində döyüş hazırlığı vəziyyətinə gətirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR