“Microsoft” şirkətinin xalis mənfəəti 47% azalıb

“Microsoft” şirkətinin xalis mənfəəti 47% azalıb
# 20 iyul 2012 08:59 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ən böyük proqram təminatı istehsalçısı “Microsoft Corp.” şirkətinin xalis mənfəəti iyunun 30-da başa çatan 2011-2012-ci maliyyə ilində 47,2% azalaraq 32,15 mlrd. dollardan 16,98 mlrd. dollara enib. “APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.

Hesabat dövründə “Microsoft”un gəlirləri 5,4% artaraq 69,94 mlrd. dollardan 73,72 mlrd. dollara yüksəlib. Əməliyyat gəlirləri isə 19,9% azalaraq 27,16 mlrd. dollardan 21,76 mlrd. dollara düşüb.

Qeyd edək ki, əsası 1975-ci ildə qoyulan “Microsoft Corp.” şirkəti proqram təminatı istehsalı, persona kompyuter və serverlər üçün internet texnologiyalarının işlənməsi üzrə ixtisaslaşıb. “Microsoft”un məhsulları, o cümlədən dünyada məşhur olan “Windows” əməliyyat sistemi dünyanın 80-dən artıq ölkəsində satılır, 45-dən artıq dilə tərcümə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR