Azərbaycanın çaylarında və transsərhəd çaylarda vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda vəziyyət açıqlanıb
# 17 sentyabr 2012 11:15 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-150, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 50-100, Naxçıvan MR çaylarında isə 80-85 faizini təşkil edir. Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 84 kubmetr/saniyə, ongünlük normanın 60 faizini təşkil edir.

Sentyabrın 14-dən başlayaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 18 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 155 kubmetr/saniyə olmaqla, ongünlük normanın 171 faizini təşkil edir.

Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Kür çayının Surra məntəqəsində 34, Şirvanda 19, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində 60 santimetr azalma, Salyanda isə suyun səviyyəsində 5 santimetr artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 403, Şirvanda 300, Salyanda 240, Bankədə 232, Araz çayının Novruzlu məntəqəsində isə 130 santimetr təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR